Buğda və arpa üzrə məhsuldarlıq artıb

Ölkə üzrə payızlıq və yazlıq buğda biçini 99,2%, arpa biçini isə 99,7% başa çatıb. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumata görə, ümumilikdə 672516 hektar sahədə buğda (2017-ci ildə 590162 ha), 336049 hektar sahədə arpa biçini (2017-ci ildə 317693 ha) aparılıb.

Bu il orta hesabla hər hektardan 30,2 sentner buğda (ötən il 30,6 sentner) və 27,9 sentner arpa (ötən il 25,6 sentner) yığılıb. Ötən illə müqayisədə məhsuldarlıq buğda üzrə 112,5%, arpa üzrə isə 115,3% təşkil edib.

Bu il ölkə üzrə 3 milyon, 17 min 289 ton payızlıq və yazlıq dənli və dənli paxlalılar yığılıb, bunun 2,31,654 tonu buğda, 937,090 tonu arpadır. Ölkə üzrə ötən ilə nisbətən 226 min 365 ton artıq buğda¸ 124570 ton arpa artıq yığılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə