Azərbaycan elektrik enerjisi ixracını 2 dəfədən çox artırıb

Yanvar-iyul aylarında Azərbaycandan 1 milyard 205 milyon 532 min kilovat/saat elektrik enerjisi ixrac olunub. Dövlət Gömrük Komitəsindən (DGK) SİA-ya verilən məlumata görə, 7 ayda ixrac olunan elektrik enerjisinin dəyəri 56 milyon 943 min ABŞ dolları təşkil edib.

2017-ci ilin müvafiq dövründə isə ölkədən 597 milyon 698 min kilovat/saat elektrik enerjisi ixrac edilib, həmin ixracın dəyəri 25 milyon 915 min dollar olub.

Beləliklə də, bu ilin ilk yeddi ayında Azərbaycandan elektrik enerjisinin ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...