ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan alüminium və polada qoyulan tarifləri 2 qat artırıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Tramp “Twitter" səhifəsində yazıb.
“Mən indicə Türkiyədən gətirilən polad və alüminium tariflərini 2 qat artırmaq barədə göstəriş vermişəm. Eyni zamanda, onların türk lirəsi bizim güclü dollarımıza qarşı sürətlə ucuzlaşır”.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə