Açıqlandı: Azərbaycan içki ixracını kəskin azaldıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 7 161,66 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edilib. Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 105,16 min dollar və yaxud 36,44% azdır. Bu ilin ilk yarısında içki ixracı ümumi ixracın 0,08%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 35 835,16 min dollar olub. Bu isə 1 il əvvələ nisbətən 6 422 min dollar və yaxud 21,83% çoxdur. İçki idxalı ümumi idxalda 0,86%-lik paya malik olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...