7A və 7B nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başlayıb

Yeni təşkil edilən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - “Əhmədli” metro stansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi - “Əhmədli” metro stansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başlayıb. SİA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, 7A və 7B xətləri üzrə sərnişindaşıma “BakuBus” MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsilə həyata keçirilir. Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada “BakıKart” vasitəsilə olduğundan 8 dayanacaq məntəqəsində ödəmə terminalları quraşdırılıb. Bununla yanaşı, 15 yeni dayanacaq məntəqəsi də təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə