“BakuBus” MMC-nin əməkdaşları və onların ailə üzvləri üçün ödənişsiz göz müayinəsi təşkil edilib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, iyulun 13-də və 14-də reallaşdırılan göz müayinəsi aksiyası “BakuBus” MMC və “Dünyagöz Azərbaycan” MMC-nin əməkdaşlığı çərçivəsində keçirilib.

“BakuBus” MMC-də təşkil olunan aksiyanın əsas məqsədi “BakuBus” MMC-nin əməkdaşları və onların ailə üzvlərinin gözlərini müayinə etmək, görmə ilə bağlı problemlərini aşkarlamaq və gələcəkdə baş verə biləcək fəsadların qarşısını vaxtında almaqdan ibarətdir.

Aksiya çərçivəsində “BakuBus” MMC-nin əməkdaşları və onların ailə üzvlərinin gözləri müayinə edilərək ilkin rəy verilib. Həmçinin, aksiyaya qatılan hər bir şəxsə 31 dekabr 2018-ci il tarixinədək güzəştli şərtlərlə “Dünyagöz Azərbaycan” MMC-də müayinə, müalicə və əməliyyat olunmaq imkanı verən çek təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə