Azərbaycanın təbii qaz ixracından gəlirləri 8% artıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 570 mln. 337,12 min ABŞ dolları dəyərində 3 mlrd. 101 mln. 025,02 min kubmetr təbii qaz ixrac edib. Bu barədə SİA Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 6 ayı ilə müqayisədə 79 mln. 622 min kubmetr və ya 2,5% azdır. Məbləğ baxımından isə illik nisbətdə 42 min 404,75 dollar və ya 8,03% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycandan xarici ölkələrə 527 mln. 932,37 min dollar dəyərində 3 mlrd. 180 mln. 646,82 min kubmetr təbii qaz ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında təbii qazın ixracı Azərbaycanın ümumi ixracda 6,58%-ni təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə