Azərbaycan neft məhsulları ixracından gəlirlərini 2 dəfə artırıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 282 mln. 794,13 min ABŞ dolları dəyərində 548 min 024,03 ton neft məhsulları ixrac edib. Bu barədə SİA Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 167 min 799,39 ton və ya 44,13% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 136 mln. 796,32 min dollar və ya 1,94 dəfə çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 145 mln. 997,81 min dollar dəyərində 380 min 224,64 ton neft məhsulu ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 3,26%-ni təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə