Azərbaycanın xarici ticarət əməliyyatlarındakı müsbət saldosu 2,2 dəfə artıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 13 mlrd. 322 mln. 757,33 min ABŞ dolları təşkil edib. SİA Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 4 mlrd. 644 mln. 334 dollar və ya 53,52% çoxdur.

Ötən 6 ay ərzində idxal əməliyyatları 4 mlrd. 660 mln. 330,28 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 1 mlrd. 250 mln. 656 min dollar və ya 36,68% çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...