Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatını OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin yanvardakı iclasının Bakıda keçirməyə dəvət edib. SİA OPEC-ə istinadla xəbər verir ki, OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo Vyanada OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin nazirlərinin 4-cü iclası çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb.

P.Şahbazov OPEC-i OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin gələn ilin yanvar ayındakı iclasının neft sənayesinin beşiyi olan Bakıda keçirməyə dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə