Azərbaycanda ayaqqabı istehsalı 95,6 faiz artıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, yanvar-may aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 126,4 milyon manat dəyərində məhsul istehsal edilib. Əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 95,6 faiz, toxuculuq sənayesində 61,4 faiz, geyim istehsalında isə 11,4 faiz artım müşahidə olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə