195-2 “Çağrı Mərkəzi”nə 1800-dək müraciət olub

May ayında İqtisadiyyat Nazirliyinin 195-2 "Çağrı Mərkəzi"nə daxil olan müraciətlərin 700-dən çoxu canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, müraciətlər əsasən lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə qaydaları, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, qrant müqavilələrin (qərarların) qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib. "Çağrı Mərkəzi"nə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib. Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək 195-2 "Çağrı Mərkəzi"nə 77 mindən çox müraciət daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə