Gömrük postunda "Ticarətin Asanlaşdırılması Mərkəzi" inşa edilir

"Sınıq Körpü" gömrük postunun yaxınlığında tikilən "Ticarətin Asanlaşdırılması Mərkəzi"nin inşası tezliklə yekunlaşacaq. SİA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarəti Baş İdarəsinin böyük inspektoru Rövşən Namazov deyib.

O bildirib ki, bu mərkəz Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən birgə icra olunan “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində tikilir. Bununla da "Sınıq Körpü" sərhəd-keçid məntəqəsində mal və nəqliyyat vasitələrinin sürətli keçidinə, ticarətin asanlaşdırılmasına şərait yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə