Rusiya Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqlədi

Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqləyib. SİA-nın xəbərinə görə, bu barədə məlumat Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilib.

Sənədi iyunun 21-də Rusiya baş naziri Dimitri Medvedev imzalayıb. Qərarda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanla razılaşdırılmış Konvensiya layihəsinin bəyənildiyi qeyd edilir.

Qərarda o da bildirilir ki, Konvensiya imzalanmaq üçün Rusiya prezidentinə təqdim edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə