Elektrik enerjisinin ixracı 2,9 dəfəyədək artıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan 1 milyard 129 milyon 801 min kilovat/saat elektrik enerjisi ixrac olunub. Dövlət Gömrük Komitəsindən (DGK) SİA-ya bildirilib ki, 5 ayda ixrac olunan elektrik enerjisinin dəyəri 53 milyon 328 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2017-ci ilin müvafiq dövründə ölkədən 393 milyon 413 min kilovat/saat elektrik enerjisi ixrac edilib, ixracın dəyəri isə 16 milyon 805 min dollar olub.

Beləliklə də, bu ilin yanvar-may aylarında Azərbaycandan elektrik enerjisinin ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfəyədək artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...