Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,4% artaraq 3175,5 mln. manat olub. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2325,4 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,2%-ni təşkil edib. Bu ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 324,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 13,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə