SOCAR digər ölkələrdəki aktivləri üzrə gəlirini açıqlayıb

Ötən il SOCAR-ın digər ölkələrdəki aktivləri üzrə ümumi gəliri 87,18 milyard manat olub. SİA xəbər verir ki, bu barədə “Ernst & Young” şirkətinin hazırladığı SOCAR-ın 2017-ci il üzrə maliyyə hesabatında deyilir. Bildirilir ki, keçən il SOCAR-ın İsveçrədəki aktivləri üzrə gəliri 78,63 milyard manat, Türkiyədə 4,92 milyard manat, Birləşmiş Ərəb Əmirlikləri üzrə 1,32 milyard manat, Gürcüstanda 1,18 milyard manat, digər ölkələr üzrə isə 1,12 milyard manat olub.

Bütün xəbərlər Facebook səhifəmizdə