Türkiyə terrorizmlə mübarizəyə xərclədiyi şok rəqəm 1,4 trilyon dollar

Türkiyə 1984-cü ildən bəri terrorizmə qarşı mübarizəyə 1,4 trilyondan çox ABŞ dolları xərcləyib. Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş məlumat verib.

Nazir diqqətə çatdırıb ki, ötən dövrdə Türkiyəyə qarşı həyata keçirilən terror aktlarında 40 min insan həyatını itirib. PKK, İŞID və FETÖ terror təşkilatlarına kənardan beynəlxalq səviyyədə dəstək olmasa, onlar Türkiyə qarşısında bir həftə də davam gətirə bilməzlər. Ölkənin hərtərəfli inkişaf dinamıkasını qorumaq üçün terrorun kökü kəsilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə