Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərindən (TANAP) Türkiyəyə ilk qazın qəbulu həyata keçirilib. “Report” xəbər verir ki, bu Eskişəhərin Seyidqazi rayonunda (Türkiyə) TANAP-ın birinci hissəsinin açılış mərasimində baş tutub.
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı, Serbiya Prezidenti Aleksandr Vuçiç, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev simvolik olaraq qazın qəbulunu həyata keçiriblər.
Qeyd edək ki, TANAP ümumi investisiya dəyəri 40 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilən, uzunluğu 3 500 km-dən artıq olan Cənub Qaz Dəhlizi layihəsinin əsas komponentlərindən biridir. Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur.
TANAP Türkiyənin Gürcüstanla sərhəddində yerləşən Ardahan şəhərinin Posof rayonunun Türkgözü kəndindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək.
TANAP-ın təməli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə 17 mart 2015-ci ildə Qarsda qoyulub.
Ümumi uzunluğu 1850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Eskişəhər-Ədirnə -Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. Faza-1 2019-cu ildə Avropa üçün qazı qəbul etməyə hazır olacaq.
TANAP-ın dəyəri 8 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.
TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.
Xəbər lenti
Zərdabda moped, Salyanda avtomobil yanıb
Hadisə 14:34Mbappe PSJ-nin heyətində yeni rekorda imza atıb
İdman 14:25Türk dünyası böyük bir fenomenə çevrilib - Səməd Seyidov
Siyasət 14:20"Qəbələ"nin futbolçusu əməliyyat olunub
İdman 14:14Azərbaycanın ilk ombudsmanı vəfat edib
Hadisə 14:13Türk dövlətləri parlamentləri Qarabağa səfər edəcəklər
Siyasət 13:07"Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb" - Sahil Babayev
İqtisadiyyat 13:04Ötən sutka 46 yanğına çıxış olub - FHN
Hadisə 13:03Milli ideoloji araşdırmaları ilə tanınan alim
Sosial 12:40Baş Prokurorluq-dan mediaya müraciət
Hadisə 12:2793 müəssisədə nöqsanlar aşkarlandı - FOTO
Hadisə 12:21İlham Əliyev və Sadır Japarov Ağdamda
Siyasət 12:20Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır - FOTO
Siyasət 12:15Azərbaycan və Qırğız Respublikası arasında əməkdaşlıq müzakirə edilib
İqtisadiyyat 12:13İcma ABŞ Dövlət Departamentinə cavab verib
Siyasət 12:12Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Hadisə 12:11“Təbiətə valeh olanlar” layihəsi davam edir
Mədəniyyət 12:08Sülh üçün iradə nümayiş etdirməlidir
Siyasət 12:06Vətəndaşların Dövlət Vergi Xidmətinə müraciətləri azalıb
İqtisadiyyat 11:59Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
İqtisadiyyat 11:57Bakıda qadının mənzildə meyiti aşkarlanıb
Hadisə 11:32Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İqtisadiyyat 11:31NYMEX əmtəə birjasında təbii qaz bahalaşıb
İqtisadiyyat 11:30Qızıl daha da ucuzlaşıb
İqtisadiyyat 11:29Almaniya ev alan türklərə 30 min avro verəcək
Dünya 11:16Ölkələr arasında körpülər qurmalıyıq
Siyasət 11:15Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOLAR
Siyasət 11:13Tarixi əməkdaşlıq
Siyasət 11:13“TƏBİB hər evdə” aksiyasına start verilir - FOTOLAR
Sosial 10:47Azərbaycanda vəkillərin sayı 2454 nəfərə çatıb
Siyasət 10:33Mayın 1-dən balıq ovu qadağan edilir
Hadisə 10:07“Brent” markalı neftin qiyməti artıb
İqtisadiyyat 10:06Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri
Hadisə 09:58Xankəndidə silah-sursat tapılıb
Hadisə 09:57Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
İqtisadiyyat 09:34“Respublika Diaqnostika Mərkəzi”nin səhmdarlarının yığıncağı keçiriləcək
İqtisadiyyat 09:24Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır
İdman 09:19“Neftqazmaş” ASC mənfəətini bölüşdürəcək
İqtisadiyyat 09:05Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 09:01Həkim Faiq Ağayevə sərt qadağa qoydu
Şou-Biznes 08:39“Atletik”in əfsanəsi komandanı tərk edir
İdman 07:24Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8205 +0,04%
- GBP 2,1193 +0,09%
- RUB 0,0184 +1,09%