Ailəvi alış-verişin və əyləncənin ünvanı Bakı Şopinq Festivalı

Bakı Şopinq Festivalı öz iştirakçılarına sərfəli, rəngarəng və bol hədiyyəli ailəvi alış-veriş imkanı yaradır. Belə ki, Şopinq Festivalında dünyanın bir çox brendləri tərəfindən qadın, kişi, uşaq geyimləri, ətirlər, elektron cihazlar və oyuncaqlar ən sərfəli qiymətlərlə təqdim edilir. Üstəlik, 100 AZN-dən çox alış-veriş etdiyiniz zaman “Tax Free” xidmətindən yararlanaraq xərclədiyiniz məbləğin ƏDV-sinin bir qismini geri ala bilərsiniz.

Bakı Şopinq Festivalının iştirakçıları həm də həftə sonlarını əyləncəli keçirmək şansı qazanırlar. 100 AZN-dən çox alış-veriş etdikdə siz şənbə və bazar günləri saat 13:00-dan 20:00-a qədər Gənclik Mall-da Uğur Çarxı, Park Bulvarda Şopomaniya interaktiv oyununda xallar toplayaraq müxtəlif hədiyyələr əldə edə bilərsiniz.

Bundan başqa, Bakı Şopinq Festivalına qoşulmuş ƏDV ödəyicisi olan mağazalardan 100 AZN-dən çox, sadələşdirilmiş vergi ödəyicisi iştirakçılardan isə 50 AZN-lik alış-veriş etdikdə festivalın onlayn lotereyasında iştirak hüququ qazanırsınız. Lotereyada hər bir iştirakçının iki dəfə uduş əldə etmək şansı var. Festivalın rəsmi saytında yerləşən http://bakushopfest.com/lottery/index.php?p=etrafli/az lotereya səhifəsində qeydiyyatdan keçərkən ilk mərhələ aktivləşir və sizin hədiyyə qazanıb-qazanmadığınız məlum olur. Bu mərhələdə uduş əldə edib-etməməyinizdən asılı olmayaraq mayın 31-də keçiriləcək tirajlı lotereyada iştirak edəcəksiniz. Tirajlı lotereya zamanı baş sponsor "Nurgun Motors" dan "Nissan Sunny", festivalın digər sponsorları – "Baku Electornics", "Bravo" hipermarketi və "Park Bulvar"dan soyuducu, paltaryuyan maşın, tozsoran, televizor və digər dəyərli hədiyyələr qazanmaq imkanı əldə edirsiniz.

Festivalın bitməyə 5 gün qaldı. Bakı Şopinq Festivalından alış-veriş edin, ailənizin sevincinə sevinc qatın!

Azərbaycan Konqreslər Bürosu şopinq həvəskarlarının nəzərinə çatdırır ki, mayın 31-dək davam edəcək festival müddətində alış-veriş etməklə onlayn lotereyanın birbaşa iştirakçısına çevrilən alıcılar 10,000-dən çox dəyərli hədiyyəyə və əsas uduş olan “Nissan Sunny” avtomobilinə sahib olmaq imkanı qazanacaqlar! Bunun üçün heç bir lotereya bileti almağa ehtiyac yoxdur. Sadəcə alış-verişinizi təsdiqləyən sənəd (çek və ya Vergi Hesab Fakturası) Sizin lotereya biletiniz olaraq uduşda iştirak etməyinizə imkan verəcək.

Festivalda iştirak edən mağazalarla Bakı Şopinq Festivalının internet səhifəsindəki http://bakushopfest.com/our-stores/ keçidi vasitəsilə tanış ola bilərsiniz

Bütün xəbərlər Facebook səhifəmizdə