Rus nazir: "Azərbaycanla ticarət məhdudiyyətlərini aradan qaldırmaq niyyətindəyik"

"Rusiya Azərbaycanla ticarət məhdudiyyətlərinin aradan qaldırılması layihəsi üzərində işləyir." Trend-in məlumatına görə, bunu Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.

Nazir bildirib: “Beş istiqamət üzrə konkret fəaliyyət planı təklif olunub. Rusiyadan Azərbaycana və Azərbaycandan Rusiyaya fasiləsiz olaraq investisiyalar gedir. Bizim təkcə iqtisadi deyil, həm də humanitar və mədəni səviyyədə möhkəm əlaqələrimiz var. Rusiyada çoxlu azərbaycanlı, Azərbaycanda çoxlu rus yaşayır. Bu, bizim ölkələrimizi yaxınlaşdırır və bütün sahələrdə münasibətləri inkişaf etdirməyə imkan verir”.

M.Oreşkin vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərdə böyük irəliləyiş qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə