"Azərbaycan ilə Avstriya elektron imza sahəsində birgə inkişaf edə bilər"

"Biz bu gün Azərbaycanın bir çox dövlət təşkilatları, nazirliklər, həmçinin bu sahə üzrə mütəxəssisləri ilə birgə Bakıda toplaşıb aktual bir məsələni müzakirə etdik. Ölkələrimiz elektron imza sahəsində inkişaf edə bilər. Biz bu əlaqələrin Avropanın sərhədlərindən kənarda da yayılmasını istəyirik. Düşünürəm ki, Azərbaycanın bu yanaşmanı qəbul etməsi çox müsbət haldır. Bütün bunlar insanların rahatlığı üçündür və hər birimiz onların tələblərini ödəmək üçün çalışırıq."

Bu fikirləri mayın 25-də "Elektron imza və etibarlı xidmətlər: hüquqi və texniki bazanın təkmilləşdirilməsi” mövzusunda Bakıda keçirilən seminarın iştirakçısı, Avstriya Parlament Administrasiyasının IT şöbəsinin rəhbəri Piter Richsteder jurnalistlərə açıqlamasında deyib.

“Bu sahədə birlikdə irəli getməyimiz mümkündür. Seminarda iştirak etməyimə görə çox şadam. Bizim səmərəli danışıqlarımız oldu və bunlar üçün təşkilatçılara minnətdaram. Belə ki, burada bir çox yeniliklər öyrəndim”, – deyə Piter Richsteder bildirib.

Qeyd edək ki, seminar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının birgə həyata keçirdiyi "Azərbaycan Respublikasında elektron xidmətlərin və elektron ticarətin inkişafının gücləndirilməsi" layihəsi çərçivəsində təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə