Kredit portfelinin 60%-dən çoxu biznes kreditləridir

"Hazırda bank sektorunun aktivlərin həcmi 27,9 milyard manat, kredit portfeli isə 11 milyard manatdan artıqdır ki, bunun da 7 milyard manatı və ya 60%-dən çoxu biznes kreditlərinin payına düşür". SİA xəbər verir ki, bunu ABA sədri Zakir Nuriyev Azərbaycanda Sahibkarlar Gününə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Z.Nuriyevin sözlərinə görə, bank sektorunun məzmunlu depozit bazası 20,3 mlrd. manat təşkil edir ki, bunun 11 mlrd. manatı və ya 54%-i qeyri maliyyə təşkilatlarının depozitləri, 7,7 mlrd. manatı ev təsərrüfatlarının əmanətlərinin hesablarından ibarətdir.

"Bank sektorunda mürəkkəb vəziyyətin yarandığı 2015-2016-cı illərdən sonra 2017-ci ildə ən başlayaraq sektorun kapitallaşması bərpa olunub və hazırda bank sektoru aktivlərinin məcmu həcmi 3,9 mlrd. manata çatıb"-deyə Z. Nuriyev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə