Sahibkarlar ölkə başçısının daim diqqət mərkəzindədir

Ölkələrin bütün sahələrdə inkişaf perspektivləri əlbəttə ki, iqtisadi naliyyətlər sayəsində genişlənir. Daha doğrusu ölkənin iqtisadi qüdrəti onun bütün sahələr üzrə inkişafına zəmin yaradır. Hətta sosial siyasətin həyata keçirilməsinə, vətəndaşların rifah halının yaxşılaşdırılmasına, mədəniyyət, təhsil, tibb sahəsinin də inişafına iqtisadi yüksəliş öz müsbət təsirini göstərir.

Bütün dünya ictimaiyyətinə bəllidir ki, Azərbaycan təbii ehtiyatlar, neft, qaz ixrac edən ölkədir və ölkənin iqtisadi qüdrətinin artmasında, qlobal və regional layihələrin gerçəkləşməsində, müstəqilliyimizin mökəmləndirilməsində, sabititliyin, stabilliyin təmin olunmasında, istər regionda, istərsə də beynəlxalq miqyasda nüfuzunun artmasında neft strategiyası, neft məhsullarından gələn gəlirlər xüsusi çəkisinə görə üstünlük təşkil edir və ölkəmizin uğurlarında neft amili danılmazdır. Azərbaycan, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi, uzaqgörənliyi sayəsində, Əsrin Müqaviləsi kimi böyük bir perspektivə zəmin yaradan müqavilə ilə öz siyasi və iqtisadi qüdrətini dəfələrlə artıraraq bu günkü inkişafın təməlini qoydu. Ölkəmiz öz müqəddəratını həll etmək, bütün problemlərin öhdəsindən gəlmək, hər bir sahədə islahatlar aparmaq, yeni-yeni lahihələrlə çıxış etmək, inkişafı davamlı olaraq təmin etmək əzmindədir və dünya dövlətləri arasında nüfuzlu bir dövlət, eyni zamanda söz sahibidir. Əlbəttə ki, bütün bu uğurların əldə edilməsində neft strategiyasının rolu danılmazdır və bu strategiya öz tövhələrini hələ də verməkdədir.

İnkişafın daha dinamik olması məqsədi ilə qeyri-neft sektoruna xüsusi önəm verilir

Baxmayalaq ki, təbii ehtiyatları, neft, qaz ehtiyatları ölkəmizin hazırki inkişafını təmin edir, təbii ehtiyatlardan gələn gəlirlər dövlət büdcəsinin əsasını təşkil edir, neftdən asılılığın minimuma endirilməsi, inkişafın daha dinamik olması məqsədi ilə Azərbaycan qeyri-neft sahəsinə də xüsusi önəm verir. Ölkə rəhbərinin, Cənab Prezident İlham Əliyevin rəhbərliyi, dəstəyi ilə ölkədə qeyri-neft sahəsinə, sənayenin, kənd təsərrüfatının inkişişafına xüsusi diqqət ayrılıb. Ölkəmizdə istehsalın genişləndirilməsi, məhsul bolluğunun artırılması üçün bütün səmərəli tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda istər sənaye sahələrində, istər kənd təsərrüfatında, istərsə də ticarət obyektlərində artım tendensiyası müşahidə olunur.

Ölkəmizdə istehsal olunan məhsullar ölkə hüdudlarından kənarda da realizə olunur və ixracatın dinamik artım tendensiyası müşahidə olunur. Həm sənaye, həm də kənd təsərrüfatı məhsullarımız beynəlxalq bazarlara çıxarılır və ticarət dövriyyəsindəki artım da məhz bununla xarakterizə olunur. Təbii ki, ixracatın belə dinamik artımı ölkəmizin valyuta ehtiytlarının artmasına öz müsbət təsirini göstərməkdədir. Nəticə ehtibarı ilə bu artım da iqtisadi inkişafa zəmin yaradır və iqtisadi qüdrəti günbəgün artan Azərbaycan daha qüdrətli, daha stabil dövlətə çevrilir. Bu inkişaf müstəqilliyin möhkəmləndirilməsi, sosial siyasətin uğurla davam etdiriliməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün çox vacib şərtdir.

Sahibkarlara yaradılan geniş imkanlar ictimaiyyətin diqqətindən kənarda deyil

Ölkəmizdə qeyri-neft sektorunun, sənayenin, kənd təsərrüfatının, ticarət sferasının genişləndirilməsi üçün sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Azərbaycan hökuməti sahibkarlığın inkişafında maraqlıdır və mütəmadi olaraq sahibkarlıq obyektlərinə, eləcə də sahibkarlıq subyektlərinə diqqət və qayğını artırır, öz dəstəyini əsirgəmir. Sahibkarlara yaradılan geniş imkanlar ictimaiyyətin diqqətindən kənarda qala bilməz və bu gün Azərbaycan cəmiyyəti yaxşı başa düşür ki, ölkəmizdə məhsul bolluğu bu imkanlar hesabına reallaşdırılır. Sahibkarlar onlara yaradılan imkanlardan, diqqət və qayğından lazımınca bəhrələnir və bu da öz növbəsində hər bir sahibkarın yaratdığı biznes fəaliyyətinin genişlənməsinə, inkişafına zəmin yaradır. Sahinkarlıq fəaliyyətinin, biznes mühitinin genişləndirilməsi təkcə məhsul bolluğu ilə kifayətlənmir. Ölkədə məşğulluq səviyyəsinin artmasına, işsizliyin, yoxsulluğun aradan qaldırılmasına, əhalinin alıcılıq qabiliyyətinin, istehlak səbətinin, rifah halının yüksəlməsinə müsbət təsir edir. Yaradılan şərait, göstərilən dəstək sayəsində hər bir sahibkarlıq obyektinin genişləndirilməsi yeni iş yerlərinin açılışı, əhalinin işlə təmin olunmasına zəmin yaradır və vətəndaşların yaşayış şəraitinin yüksəldilməsinə xidmət edir.

Sahibkarlara diqqət və qayğı bu gün yüksək səviyyədədir desək fikrimizi tam şəkildə ifadə edə bilmərik. Çunki, bu diqqəti, bu qayğını sadalamaqla bitmir. Sahibkarlığın inkişafı bir dövlət proqramına çevrilib. Sahibkarlara yardımlar, müxtəlif güzəştlər, vergilərin ödənilməsindən azad edilməsindən tutmuş maddi yardımlara qədər, subsidiyaların ayrılmasına qədər hər bir addım məhz bu diqqətin, bu qayğının bariz nümunəsidir. Sahibkarlar da təbii ki, bu diqqət və qayğıdan razıdır və onlar çox yaxşı başa düşürlər ki, fəaliyyət göstərdikləri biznes sahəsində qazandıqları uğurlar məhz dövlətin, bilavasitə onun rəhbəri prezident İlham Əliyevin dəstəyi sayəsindədir.

Prezidentin sahibkarlara olan qayğısı təkcə maddi dəstəklə bitmir və fəaliyyətinin qiymətləndirilməsinə də xüsusi diqqət ayrılır

Bəli, qeyd etdiyimiz kimi, Azərbaycanda sahibkarlara ayrılan diqqəti, göstərilən qayğını, verilən dəstəyi sadalamaqla bitmir və ölkə Prezidenti mütəmadi olaraq bu diqqət və qayğını, dəstəyi artırır, məhz sahibkarları nəzərə alaraq yeni-yeni sərəncamlar imzalayır, daha geniş imkanlar yaradır. Məsələ burasındadır ki, Cənab Prezidentin sahibkarlara olan diqqət və qayğısı təkcə güzəştlərlə, yardımlarla, subsidiyalarla, texniki təchizatla, maddi dəstəklə bitmir. Ölkə rəhbəri sahibkarların həvəsləndirilməsi, əməyinin dəyərləndirilməsi, fəaliyyətinin qiymətləndirilməsinə də xüsusi diqqət ayırır. Onların həvəsləndirilməsinə, əmək fəaliyyəti ruhunun artırılmasına önəm verir, ölkəmizin iqtisadi inkişafında və sahibkarlığın genişləndirilməsi istiqamətində səmərəli əməli fəliyyətlərinə görə onları layiqincə qiymətləndirir. Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə fərqlənən sahibkarları “Tərəqqi” medalı ilə və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edib. Dövlət başçısının bu addımı sözsüz ki, sahibkarlarlıq sahəsində motivasiya tədbiri olaraq xüsusi önəm daşıyır və hər bir sahibkarı bu təltifləri əldə etmək üçün bunda sonra daha böyük səy və bacarıqla çalışmağa həvəsləndirir, nəticədə sahibkarlığın daha dinamik inkişafına zəmin yaradır. Bu qəymətləndirmə Azərbaycan cəmiyyəti tərəfindən yüksək dəyərləndirilir və ölkə ictimaiyyəti çox yaxşı başa düşür ki, sahibkarların təltif olunması onlara daha böyük diqqət və qayğının təzahürüdür. Eyni zamanda sirr deyil ki, heç bir ölkədə, hətta özünü mədəni, sivil dövlət kimi nümunə göstərməyə çalışan Avropa ölkələrində belə dövlət başçısı sahibkarlara bu qədər qayğı ilə yanaşıb, onların fəaliyyətini bu qədər yüksək qiymətləndirmir. Məhz buna görə də cəsarətlə demək olar ki, bəli, Azərbaycan iqtisadi inkişafın yeni modelini bütün dünya ictimaiyyətinə təqdim edir və bu xüsusda Cənab Prezidentin uğurlu siyasəti danılmazdır.
Doğrudur, sahibkarlar fəaliyyəti ilə, hasil etdiyi məhsulla, məşgulluğun səviyyəsinin artırılması ilə ölkə iqtisadiyyatına tövhə verməkdədir. Amma təbii ki, hər bir sahibkarlıq subyekti fəaliyyəti sayəsində öz maliyyə imkanlarını, vəsaitlərini artırır və bir sözlə əməyinin bəhrəsini də görür. Məsələ burasındadır ki, sahibkarların öz vəsaitlərini, imkanlarını artırmasına, daha yüksək nəticələr əldə etməsinə, əməyinin bəhrəsini görməyə onsuz da dövlət dəstəyi, qayğısı, güzəştlər, yardımlar var və bu heç də az iş deyil, hətta təqdirə layiqdir və ictimaiyyət tərəfindən alqışlanır. Bütün bu dəstəyin, yardımların fonunda ölkə başçısının bir də sahibkarlara təltiflər etməsi dövlətin və dövlət başçısının yürütdüyü humanist siyasətin, qayğıkeşliyin göstəricisidir. Məhz buna görədir ki, və təsadüfi deyil ki, Azərbaycan vətəndaşı bu dəfə də öz rəhbərinə, ölkə Prezidentinə etimad göstərdi və bu gün Cənab İlham Əliyevin uğurlu siyasəti, məqsədyönlü fəaliyyəti, ölkə vətədaşlarına qayğısı təsdiq edir ki, xalqımız öz seçimində həmişə olduğu kimi bu dəfə də yanılmayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə