2018-ci ildə ilk dəfə olaraq Azərbaycana alıcı missiyaları təşkil olunacaq

2018-ci ildən xarici ölkələrə daha çox ixrac missiyaları həyata keçiriləcək və ilk dəfə olaraq Azərbaycana alıcı missiyaları təşkil olunacaq, ixracla məşğul olan sahibkarlara daha çox dəstək göstəriləcək. Bu barədə İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında bildirilib.

Prezident İlham Əliyevin “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dair Fərmanına uyğun olaraq, 2018-ci ilin ötən dövründə Azərbaycan şirkətləri dövlət büdcəsi hesabına “Beynəlxalq Yaşıl Həftə”, “Prodexpo”, "Fruit Logistica", “Gulfood” və “Sial China” beynəlxalq ərzaq sərgilərində vahid ölkə stendi ilə iştirak ediblər. Ümumilikdə indiyədək 13 ixrac missiyası (Çin, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Əfqanıstan, Pakistan, Qətər, Qazaxıstan, Macarıstan, Rusiya, Səudiyyə Ərəbistanı) təşkil olunub. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli Fərmanı ilə ixracın dəstəklənməsi mexanizmlərinin və stimullaşdırıcı tədbirlərin əhatə dairəsi daha da genişləndirilib. Fərmana uyğun olaraq, 2018-ci ildən xarici ölkələrə daha çox ixrac missiyaları həyata keçiriləcək və ilk dəfə olaraq Azərbaycana alıcı missiyaları təşkil olunacaq, ixracla məşğul olan sahibkarlara daha çox dəstək göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə