Azərbaycanın Latviya və Ukraynada Ticarət evləri fəaliyyətə başlayacaq

Yaxın vaxtlarda Azərbaycanın Latviya və Ukraynada Ticarət evləri fəaliyyətə başlayacaq. Bu barədə İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, artıq Azərbaycanın Belarusda Ticarət Evi fəaliyyət göstərir və indiyədək bu ticarət evi vasitəsilə ölkəmizdən Belarusa 84 tondan artıq meyvə-tərəvəz məhsulları, zeytun yağı, nar şirəsi və çay ixrac edilib.

Yaxın vaxtlarda Azərbaycanın Latviya və Ukraynada Ticarət evləri fəaliyyətə başlayacaq. Hazırda Azərbaycanın BƏƏ, Çin və Rusiyada Ticarət evlərinin açılması imkanları araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə