"Cənub Qaz Dəhlizi qitənin ən böyük iqtisadi layihələridir"

"Cənubi Qafqaz Avropanın bütün qitədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından çox vacib geostrateji bölgəsidir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan sivil dünyaya inteqrasiya olunmaq və Avropa ilə Asiya arasında birləşdirici körpü olmaq yolunu seçdi". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

C.Feyziyev bildirib ki, Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 80 %-ə sahib olmaqla regionun ən böyük ölkəsidir. Buraya tarixi İpək yolu üzərində yerləşən və Qərblə Şərqi bir-birinə bağlayan geostrateji bi məkandır.

"Azərbaycan regional və continental əməkdaşlığı asanlaşdıran nəhəng infrastruktur layihələri həyata keçirib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizləri və nəhayət, Cənub Qaz Dəhlizi qitənin ən böyük iqtisadi layihələridir ki, bütün bunların da təşəbbüskarı və icraçısı Azərbaycandır. Cənub Qaz Dəhlizi Aİ üçün Xəzər dənizi hövzəsinin və Mərkəzi Asiya ölkələrinin enerji resurslarını Avropa bazarına gətirmək və Aİ enerji təchizatını şaxələndirmək üçün yeganə alternativ mənbədir. Bütün bu layihələr qitənin bütün ölkələri arasında çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir və əminəm ki, Aİ da bunda maraqlı olmalıdır. Azərbaycan da öz növbəsində ən böyük ticarət tərəfdaşı və müasir elmi-texnoloji yeniliklərin təminatçısı kimi Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır"-deyə, C.Feyziyev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...