Səngəçal terminalı qazın kommersiya tədarükünü həyata keçirməyə hazırdır

Bakının Səngəçal qəsəbəsində yerləşən neft-qaz terminalı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qazın kommersiya tədarükünü həyata keçirməyə hazırdır. SİA-nın məlumatına görə, bu barədə BP şirkəti öz “Twitter” səhifəsində yazıb.

Məlumata əsasən, terminalın genişləndirilməsi layihəsi çərçivəsində işlərin pik həddində 10 min nəfər işləyəcək: “BP-nin Azərbaycandakı Səngəçal terminalı dünya təhlükəsizlik standartlarına cavab verir və artıq bu il “Şahdəniz 2” yatağından qazın kommersiya tədarükünü həyata keçirməyə hazırdır”.

Qeyd edək ki, “Şahdəniz-2” layihəsi çərçivəsində qaz hasilatı ildə 25 milyard kubmetrədək artacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...