Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb

Cari ilin yanvar-aprel aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2 milyon 842,5 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,4 faiz artıb.
Yüklərin 51,5 faizini neft yükləri təşkil edib.
Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, dəniz limanlarında 3 milyon 381,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 3 milyon 198,6 min tonunu və ya 94,6 faizini tranzit yüklər təşkil edib. Bu il may ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 74,6 min ton idxal yükləri olub.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,4 faiz azalaraq 4,5 min nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə