Dörd ayda dəmir yolu ilə 4,4 milyon ton yük daşınıb

Dəmir yolu nəqliyyatı ilə bu ilin yanvar-aprel aylarında 4,4 milyon ton yük və 828,4 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 4 ayda 2017-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9,7 faiz azalma, sərnişin daşınmasında isə 3,2 faiz artım müşahidə olunub.
Orta hesabla sutkada 316 vaqon yüklənib, 390 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 12 min ton, Qərb istiqaməti üzrə 4,7 min ton, Cənub istiqaməti üzrə 0,4 min ton yüklənmə işi yerinə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə