Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dördüncü məzun-karyera sərgisi açılıb

Mayın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) dördüncü məzun-karyera sərgisi açılıb.
SİA xəbər verir ki, açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Ali məktəblərlə sənaye müəssisələri arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini qeyd edən rektor bildirib ki, universitetdə yeni tələblərə cavab verən mütəxəssislərin hazırlanmasına xüsusi önəm verilir.
Sərgidə 78 şirkət ümumilikdə 562 vakant iş yeri təklif edib. “SOCAR”, “Bank of Baku” ASC, “Rabitəbank” ASC, Gilan Holdinq, “Azərenerji” ASC, “Azərsu” ASC və digər şirkətlərin nümayəndələri təklif etdikləri vakant iş yerləri barədə məzunlara ətraflı məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə