BEA: Bu il qlobal neft tələbatı gündəlik 99,2 milyon barrel olacaq

Qlobal neft tələbatı 2018-ci ildə gündəlik orta hesabla 99,2 milyon barrel təşkil edəcək. SİA xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, qlobal neft təklifi aprel ayında gündəlik 98 milyon barrel səviyyəsində qalıb. Buna səbəb son üç ilin ən yüksək səviyyəsinə çatan neftin qiymətinin istehlaka təsir göstərməsidir: “Neftin qiymətindəki sıçrayış tələbata zərər verir”.

Qlobal neft tələbatının 2018-ci ildə gündəlik orta hesabla 99,2 milyon barrel olacağı gözlənilir.

IEA Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və müttəfiqlərinin ehtiyatları 2014-cü ildən bu vaxtadək ilk dəfə beş illik orta səviyyədən aşağı saldığını və bunun nəticəsində də qlobal təklif çoxluğunu azaltmağa müvəffəq olduqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə