Bank sektorunda informasiya texnologiyalarına nə qədər vəsait xərclənib?

"Azərbaycanın bank sektorunda informasiya texnologiyalarının tətbiqi üçün təqribən 300 milyon manat vəsait ayrılıb". SİA xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik mövzusunda" forumda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.

"Bildiyimiz kimi, yaşadığımız dövr informasiya texnologiyalarının inkişafı və bu texnologiyaların həyatımızın bütün sferalarında geniş tətbiqi ilə xarakterizə olunur. İqtisadiyyatda formalaşan yığımları, investisiyaları transformasiya etmək, ödəniş sistemlərinin effektiv fəaliyyəti ilə məşğul olmaq kimi mühüm makroiqtisadi funksiyaları öz üzərinə götürən, iqtisadi inkişafa əhəmiyyət verən yüksək institusionallaşması ilə seçilən bank sferası və maliyyə bazarları informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət verir", - deyə Z.Nuriyev vurğulayıb.

Onun sözlərinə görə, ABA-nın hesablamalarına görə, 5 il ərzində Azərbaycanda bank sektoru və maliyyə bazarlarında informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət verilib: "Bank sektorunda texnologiyaların tətbiqinə təqribən 300 milyon manat xərclənib. Bu vəsaitlərin 8,9 faizi yeni proqram təminatlarının alınmasına yönəldilib, 16,4%-i proqram təminatı və hesablanması, 16 faizi rabitə xərcləri, 15,3 faizi server və şəbəkələrə xərclənib.

Bütün xəbərlər Facebook səhifəmizdə