“Gazprom” Avropaya təbii qaz ixracını artırıb

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Avropaya təbii qaz ixracını artırıb. “Gazprom” bu il yanvarın 1-i və mayın 15-i tarixlərini əhatə edən dövrdə Avropaya təbii qaz ixracını 5,9 faiz artıraraq 78 milyard kubmetrə çatdırıb.

“Gazprom”un Almaniyaya təbii qaz ixracı 12,9 faiz, Avstriyaya 70,3 faiz, Hollandiyaya 85,8 faiz, Yunanıstana 39,1 faiz artıb. Həmin dövrdə şirkətin təbii qaz hasilatı isə ötən illə müqayisədə 9,8 faiz artaraq 197,8 milyard kubmetr olub. Şirkət 2017-ci ildə Avropaya 193,9 milyard kubmetr təbii qaz tədarük edərək qitənin istehlakının 40 faizini təmin etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə