Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Mayın 16-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101967S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən SİA-ya bildiriblər ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01 faiz) olan 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 626 173 400,00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01 faiz), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01 faiz) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000000 AZN təşkil edib.

Notlar iyunun 13-də ödəniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə