Azərbaycan neft məhsulları ixracından gəlirlərini 53% artırıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 181 mln. 785,92 min dollar dəyərində 368 min 926,29 ton neft məhsulları ixrac edib. Bu barədə SİA Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 62 min 342,64 ton və ya 20,33% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 62 mln. 968,84 min dollar və ya 53% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrə 118 mln. 817,08 min dollar dəyərində 306 min 583,65 ton neft məhsulu ixrac edilib. 2018-ci ilin yanvar-aprel aylarında neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 3,22%-ni təşkil edib

Bütün xəbərlər Facebook səhifəmizdə