"700 min ağac əkək” kampaniyası Yevlaxda və Mingəçevirdə

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibəti ilə Yevlax rayonunda YAP Yevlax və YAP Mingəşevir təşkilatlarının birgə iştirkçılıqları ilə “700 min ağac əkək” kampaniyası çəçrivəsində növbəti aksiya keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihəsi olan ağacəkmə kampaniyası çərçivəsində keçirilən aksiya Yevlax rayonunun ərazisində yerləşən meşə zolağında müxtəlif növ yaşıllıqların - ümumilikdə 8700-ə qədər ağaclar və dekorativ kolların əkilməsi davam etdirilib.

Kampanyada YAP Yevlax və YAP Mingəçevir şəhər təşkilatlarının idarə heyətləri, gənclər birliyinin üzvləri, partiya fəalları, ziyalılar, ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər. Bayram əhval ruhiyyəsi ilə keçirilən kampaniyada YAP fəallarının iştirakı ilə 3200-dən çox göyrüş və meliya ağacları əkilərək təbiətə bəxş edilib. Əkilən ağaclara aqrotexniki qulluq olunub. Qeydf olunub ki, bu kimi mühüm kampaniyanın reallaşdırılması Aran regionunda yaşıllığın genişləndirilməsinə və ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına töhfə verəcək.

Rövşən NURƏDDİNOĞLUa

Bütün xəbərlər Facebook səhifəmizdə