Bank “BTB” 2018-cı ilin 1-ci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb

Bank “BTB” ASC 2018-ci ilin 1-ci rübünə aid maliyyə göstəricilərini açıqlayıb. Beləliklə bankın aktivləri 290269.7 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% artım deməkdir. Bankın kredit portfelində eyni dövr ərzində 24% artım var.

Rübün nəticələrinə əsasən Bankda depozit portfelinin həcmi isə 66076.37 min manat təşkil edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 31% çoxdur.

Bank mənfəət və zərər hesabatını da açıqlamışdır. Hesabat dövründə Bank “BTB” 298.36 min mənfəət əldə etmişdir.

Bank “BTB” ASC -in məcmu kapitalı Mərkəzi Bankın ölkədəki kommersiya banklarının kapital tələbinə tam cavab verərək 54057.43 min manat təşkil edir, nizamnamə kapitalı isə 66450 min manat təşkil edir.

Məlumat üçün bildirək ki, Bank “BTB” ASC 2010–cu ildə təsis olunub və universal maliyyə-kredit müəssisəsi olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda bankın baş ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidmətləri Departamenti ilə yanaşı 10 filialı, 6 şöbəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə