Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir. SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,29 dollar bahalaşaraq 75,25 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar artaraq 75,09 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,53 dollar bahalaşaraq 69,17 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...