"BP Azerbaijan" bu il kadr milliləşdirilməsini 90 faizə çatdıracaq

2018-ci ildə "BP Azerbaijan" şirkəti kadr milliləşdirilməsini 90 faizə çatdıracaq.

SİA xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumundakı çıxışında deyib.

O bildirib ki, 2013-cü ildən bu zamana qədər 116 nəfər azərbaycanlı kadr xarici bazarlardan "BP Azerbaijan"a cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə