Gəncədə regional müşavirə keçirilib

Gəncədə sahibkarlığın inkişafı istiqamətində regional müşavirə keçirilib. SİA-nın Gəncə bürosunun verdiyi məlumata görə, tədbir kiçik və orta sahibkarlıq sahəsində istehlak məhsullarının istehsalı strateji yol xəritəsinin hədəflərindən biri olan sahbkarlara maliyə əl çatanlığının artırılması məsəsləsinə həsr edilib.

Görüşdə kreditləşmədən başqa alternativ maliyə yollarının təbliği məsələsi müzakirə olunub. Məqsəd maliyə bazarlarının vəziyyəti, iş adamları tərəfindən ucuz maliyyənin cəlb edilməsi və korparativ idarə etmə üsulunun təbliğidir. Əsas hədəf iş adamlarının alternativ maliyyə mənbələrini aşkar etməyə kömək etməkdir ki, Azərbaycan Sahibkarlar Konfedarasiyasının bu istiqamətdə nümunələri var. Ümumiyyətlə bu yeni anlayış olduğundan indiki vəziyyətdə təbliğinə ehtiyac yaranıb. Artıq Bakıda analoji tədbir təşkil olunub və Gəncədə sahibkarlarla görüş sayca ikincidir. İlkin hesablamalara görə ucuz maliyyənin əldə olunması bazarın standartlarına uyğun kapitallaşmanın təbliğ edilməsi işi üçün atılan addımlar tez vaxtda olmasa da zamanla öz nəticəsini verəcək.

Gəncə və Qazax iqtisadi rayonundan 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbir Azərbaycan Sahbkarlar Konfedarasiyası, Maliyyə Bazarına Nəzarət Palatası və Bakı Fond Birjası ilə birgə təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə