"Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir"

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdindəki Maliyyə-İqtisad Kollecində “Azərbaycan iqtisadiyyatı son 15 ildə: imkanlar və perspektivlər” mövzusunda tədbir keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, kollecin direktoru Oruc Məmmədov dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycanın əldə etdiyi uğurlardan, həyata keçirilən kompleks islahatlardan, qarşıda duran vəzifələrdən danışıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov mövzu üzrə məruzə ilə çıxış edib. Azərbaycanın regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə olduğunu vurğulayan mühazirəçi qeyd edib ki, artıq qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlar ölkənin investisiya mühitinin daha da yaxşılaşmasına və mövcud infrastrukturdan, potensialdan iqtisadi diversifikasiya imkanları üçün istifadə edilməsinə səbəb olub. Sonra V.Bayramov müəllim və tələbələri maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...