Qlobal neft ehtiyatları 2,83 mlrd. barelədək azalıb

Rusiyanın energetika naziri Aleksandr Novak isə qeyd edib ki, aprelin 1-nə izafi neft ehtiyatlarının həcmi 12 mln. barel təşkil edir. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələri tərəfindən neft hasilatının azaldılmasına dair bağlanmış saziş qüvvəyə mindikdən sonra dünya üzrə neft ehtiyatları 300 mln. barel azalaraq 2,83 mlrd. barelə enib.

Bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bu gün OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin - OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında deyib.

"İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin neft ehtiyatları 15 ay ərzində durmadan azalırdı. Neft ehtiyatlarının həcmi artıq 300 mln. barel - 2,83 mlrd. barelədək azalıb", - deyə o bildirib.

Bununla belə, Rusiyanın energetika naziri Aleksandr Novak isə qeyd edib ki, aprelin 1-nə izafi neft ehtiyatlarının həcmi 12 mln. barel təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə