Azərbaycan turizm reytinqində ilk onluğa daxil olub

Azərbaycan İslam turizminin ən populyar istiqamətlərinin 2018-ci ilin "Global Muslim Travel Index" reytinqində 130 ölkə arasında 10-cu yer tutub. Məlumata görə, 2018-ci ildə müsəlman turstlər üçün ən populyar istiqamətlər Malayziya (İslam ölkələri arasında) və Sinqapur (qeyri-İslam ölkələri arasında) olub.

Türkiyə dördüncü olub, 5-ci yerdə Qazaxıstan qərarlaşıb. Qonşu ölkə Gürcüstan isə 61-ci yerdədir.

"Global Muslim Travel Index"i hər il sinqapurlu "Crescent Rating" reytinq agentliyi tərtib edir. Reytinq tərtib olunarkən müsəlmanların istirahəti üçün müxtəlif şəraitlər qiymətləndirilir: vizanın alınması, ibadət etmək üçün şərait, təhlükəsiz səyahət imkanı, halal məhsulların olması və keyfiyyəti, hotellərdə yaşayış şəraiti.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...