Bakının namizədliyinin təsdiq edildiyi təqdirdə Expo 2025 sərgisinin keçirilmə xərcləri açıqlanıb

Bakının namizədliyinin təsdiq edildiyi təqdirdə Expo 2025 sərgisinin keçirilməsi üçün Azərbaycanın xərci ildə 120 milyon avro olacaq. Trend-in məlumatına görə, bu barədə maliyyə naziri vəzifəsini icra edən Samir Şərifov Beynəlxalq Sərgilər Bürosunun (BIE) araşdırma missiyasının Bakıya səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib. Onun sözlərinə görə, ümumiyyətlə sərginin keçiriləcəyi 7 il ərzində bu xərclər 765 milyon avro təşkil edəcək. S.Şərifov bildirib ki, sərginin keçirilməsi Bakı və ümumilikdə ölkənin inkişafında mühüm töhfə olacaq:

"Expo 2025-in keçirilməsi biznes mühiti, turizm və bütövlükdə iqtisadiyyatın inkişafı üçün yeni imkanlar yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə