2018-ci ildə Azərbaycanda 15 aqropark işə salınacaq

2018-ci ildə Azərbaycanda 15 aqroparkın işə salınması planlaşdırılır. Bunu Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev bu gün mətbuat konfransında deyib.

"Hazırda mövcud olan 3 aqroparkda işlərin birinci mərhələsi başa çatıb. Bu il respublikada daha 15 aqropark istismara veriləcək. Bundan başqa, 26 aqroparkda tikinti-quraşdırma, 16 aqroparkda isə layihələndirmə işləri həyata keçirilir", – deyə o bildirib.

Fondun sədri deyib ki, SKMF bu günədək 400 mln. manat dəyərində 15 aqroparkın yaradılmasına 107,6 mln. manat məbləğində güzəştli kredit ayırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə