Azərbaycan valyuta ehtiyatlarını 15%-ə yaxın artırıb

Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 43 139,7 mln. ABŞ dolları təşkil edib. Bunun 87,23%-i və yaxud 37 631,7 mln. dolları Dövlət Neft Fondunun (ARDNF), 12,77%-i və yaxud 5 508 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 1 998,6 mln. dollar və yaxud 4,86% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 825,2 mln. dollar və yaxud 5,1%, AMB-nin valyuta ehtiyatlarında isə 173,4 mln. dollar və yaxud 3,25% artım olub.

Son bir ildə isə ölkənin valyuta ehtiyatları 5 499,8 mln. dollar və yaxud 14,61% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatlarında 4 424,5 mln. dollar və yaxud 13,32%, AMB-nin valyuta ehtiyatlarında isə 1 075,3 mln. dollar və yaxud 24,26% artım olub.

ARDNF-in
valyuta ehtiyatları
(mln. ABŞ dolları)

AMB-nin
valyuta ehtiyatları
(mln. ABŞ olları)

Azərbaycanın
valyuta ehtiyatları
(mln. ABŞ dolları)

01.04.2018

37 631,7

5 508,0

43 139,7

01.01.2018

35 806,5

5 334,6

41 141,1

01.10.2017

36 020,0

5 167,5

41 187,5

01.07.2017

34 790,9

4 964,1

39 755,0

01.04.2017

33 207,2

4 432,7

37 639,9

Bütün xəbərlər Facebook səhifəmizdə