"SOCAR Turkey Enerji"nin TANAP-da işləri yekunlaşıb

"SOCAR Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş" Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Boru Kəməri (TANAP) layihəsində hissədar olub". Bunu Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Konsorsiumunun baş direktoru Saltuk Düzyol bu gün keçirdiyi brifinqdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, "SOCAR Turkey Enerji"nin TANAP-da 7% pay alması üçün işlər bu ilin martın sonunda yekunlaşıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə