Amerika fond bazarında "Dow Jones" indeksi 0,87% - 24 573,04 bəndədək, "S&P 500" 0,81% - 2 677,84 bəndədək, NASDAQ isə 0,70% - 7 156,29 bəndədək bahalaşıb. SİA xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,91% - 7 198,20 bəndədək, Almaniya DAX-ı 0,41% - 12 391,41 bəndədək, Fransa CAC-40-ı 0,04% - 5 312,96 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,70 dollar ucuzlaşaraq 1 348,00 dollara, gümüşün unsiyasının qiyməti 0,01 dollar azalaraq 16,67 dollara satılıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə