Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur AÇIQLAMA

"Azərbaycan neftinin qiyməti hər keçən gün artır. 1-ci rübün nəticələrini göstərir ki, balansımız çox yüksəkdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Emin Əliyev deyib.

Onun sözlərinə görə, digər tərəfdən manatın sabit qalmasının digər amillərindən biri odur ki, əgər neftin bir barelinin qiymətri dövlət büdcəsində baza qiyməti 45 dollardan nəzərdə tutulubsa artıq bir ildir ki, 60 dollara yüksəlib və 1 həftə olar ki bu 70 dolları keçib. Belə ki, ilkin mərhələ kapitalı 18 faizdir. Kapitalın adekvatlığı da elə bu göstəriciyə bərabərdir. Ötən dövr ərzində valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq hazırda 44,2 milyard dollara bərabər olmuşdur. Xarici ticarət dövriyyəmiz 31%, ixracın həcmi isə 24% artmışdır. İnflyasiya birinci rübdə cəmi 4 faiz olmuş, əhalinin gəlirləri isə 10% artmışdır. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Bütün bunlar deməyə əsas verir ki, manat ucuzlaşmayacaq".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə